Korenten Tolisso zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə yerli mətbuat xəbər yayıb. Bildirilib ki, fransalı futbolçu Almaniya klubunun dünən keçirilən məşqini buraxıb. 27 yaşlı futbolçu bu mövsüm dördüncü dəfə əzələsindən zədə alıb.
Xatırladaq ki, Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir.