PSJ azarkeşləri Ramosa qəzəbləndi

4.04.2022 13:30 409
Dünya futbolu
"PSJ"də tez-tez zədələnən Serxio Ramosun uzun müddət sonra oyuna çıxması komandanın azarkeşlərinin qəzəbinə səbəb olub.

Bu barədə yerli mətbuat xəbər yayıb. Müdafiəçi yanvarın 23-də "Reyms"lə qarşılaşmadan sonra ilk dəfə ötən gecə "Loryan"la matçda meydana çıxıb (72-ci dəqiqə). Azarekşlər Ramos hər dəfə top toxunanda onu fitə basıblar.

Qeyd edək ki, Ramos bu mövsüm 6 oyunda 1 qol vurub.