Leykemiyaya qarşı yenidən mübarizə aparacaq

2.04.2022 23:30 413
Dünya futbolu
Sinişa Mihayloviçin səhhətində yenidən problem yaranıb.

Buna baxmayaraq, nikbinliyini qətiyyən itirmir.
“Bolonya”nın çalışdırıcısında 2019-cu ilin ortalarında leykemiya (qanda ağ qan cisimciklərinin qırmızı qan cisimciklərinə nisbətən artması) xəstəliyi aşkarlanmış, 53 yaşlı mütəxəssis uzun müddət kimya-terapiya kursu keçmişdi. Son vaxtlar səhhətində yaxşılaşma müşahidə olunurdu. Lakin serb məşqçi bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında leykemiyanın yenidən törədiyini bildirib:

“Leykemiya qayıdıb: gələn həftə xəstəxanada yenidən müalicəyə başlayacağam, amma bu xəstəliyə daha bir dərs verməyə hazıram”.