“Adidas” da onunla əməkdaşlığa başlayıb.
Dortmund “Borussiya”sının hücumçusu idman mallarının istehsalı üzrə ixtisaslaşan şirkətlə 5 illik müqavilə imzalayıb. Holann bu əməkdaşlıqdan ümumilikdə 50 milyon avro qazanacaq. 21 yaşlı norveçli futbolçu sosial şəbəkə hesablarında “Adidas”ın köynəyini geydiyi fotosunu paylaşaraq qısaca belə yazıb: “Sadəcə, mən”.
Qeyd edək ki, Erlinqin daha bir dünya brendi ilə müqaviləsi də var. O, indiyədək əməkdaşlıq etdiyi “Nike” şirkətindən ilə 1 milyon avro qazanır. Gənc idmançının “Adidas”la anlaşmazdan əvvəl “Puma”nın ilə 8 milyon avroluq təklifini qəbul etmədiyini də bildirək.
Yeri gəlmişkən, Norveç millisinin oyunçusu komandanın düşərgəsində olan media nümayəndələrindən uzaq qalmaq istəyib. Baş məşqçi Stole Solbakken jurnalistlərlə görüşündə yerli mənbələrin yaydığı bu məlumatı təsdiqləyib:
“O, bir az axtarılmaq istədiyini bildirdi. Mənə bunun səbəbini izah etdi. İzahı o qədər inandırıcı oldu ki, Erlinqlə razılaşdım. Mən bu düşüncəyə hörmət etməmək üçün heç bir səbəb görmürəm. Növbəti görüşümüzdə Erlinq burda oturub sizin suallarınızı cavablayacaq”.
Futbolçu isə mediadan uzaq durmasının əsl səbəbi ilə bağlı özünün “tvitter” hesabında belə yazıb:
“Bir neçə il əvvəl bir fermer mənə məsləhət vermişdi. O, mənə “qoy, ayaqların danışsın və hər şey yaxşı olacaq” demişdi. Fermerə “yaxşı” demiş və getmişdim...”


