Son çempion "Kəpəz"i məğlub etdi - VİDEO

2.04.2022 15:37 382
I liqa
“Neftçi-2” 1-ci divizionda ardıcıl ikinci qələbəsini qazanıb.

Mahmud Qurbanovun komandası 19-cu turda “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda Nihad Qurbanlı dubla imza atıb. O, 61 və 64-cü dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 18 oyundan 29 xalla 6-cı yeri tutur.