Millimizin üzvü rəsmən "Sumqayıt"da

2.04.2022 14:37 517
Ölkə futbolu
"Sumqayıt" Andrey Popoviçi heyətinə qatıb.

Məlumatı klubun rəsmi saytı yayıb. Son olaraq, Ukrayna LNZ-sində (Çerkası) çıxış etmiş, 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "gənclik şəhəri" təmsilçisinin formasını geyinmiş qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Popoviç "Sumqayıt"ın heyətində 23 nömrəli formada çıxış edəcək.