"Dinamo"nun (Zaqreb) baş məşqçisi Jelko Kopiç Mahir Emreli haqda danışıb.
45 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun keyfiyyətli futbolçu olduğunu bildirib:
"Mahir lazım olan səviyyəyə gələcək, amma bunun nə vaxt olacağını bilmirəm. Bu, bir neçə faktorla bağlıdı. Onun kluba, komanda yoldaşlarına, çempionata uyğunlaşması lazımdı. "Dinamo"ya gəlib, dərhal özünü göstərmək asan deyil. Mahirin keyfiyyətli oyunçu olduğuna və bunu meydanda göstərəcəyinə inanıram".