"Qarabağ" - "Səbail" matçının biletləri satışda

2.04.2022 11:55 468
Premyer-liqa
Premyer-liqanın 21-ci turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Qiymətlər sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşənlər 2 manat, mərkəzi yerlər 5 manat, VİP biletlər isə 10 manat təşkil edir.

Biletləri "Azersun Arena"nın satış məntəqəsindən əldə etmək olar.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.