Qadın futbolunda yeni dünya rekordu müəyyənləşib.
Bu fakt “Barselona”nın qadınlardan ibarət komandasının Çempionlar Liqasının 1/4 finalının “Real”la cavab oyununda (5:2) qeydə alınıb. “Nou Kamp”da keçirilən matçı 91553 tamaşaçı izləyib. Bu göstərici isə qadın futbol tarixində yeni rekorddu. Bundan əvvəlki rekord DÇ-1999-un ABŞ və Çin arasında Pasadina şəhərində keçirilən finalında qeydə alınmışdı – 90185.
Qeyd edək ki, “Barselona”nın qadınlar komandası “Real”a ümumi hesabla 8:3 (ilk oyun da kataloniyalıların qələbəsi ilə nəticələnmişdi - 3:1) qalib gələrək yarımfinala çıxıb.