Fərid Qayıbov tənqidlərə səbəb olan loqodan danışdı - AÇIQLAMA

31.03.2022 14:03 645
İdman
Azərbaycan Gənclər və İdman Nazirliyi bir müddət öncə yeni loqosunu təqdim etmişdi.

Emblem sosial şəbəkədə və mətbuatda ciddi narazılığa səbəb olmuşdu. Qurumun rəhbəri Fərid Qayıbov nazirliyin bu gün keçirilən iclasında loqo ilə bağlı tənqidlərə münasibət bildirib:

“Feysbuk”da yeni loqo ilə bağlı yazılan şərhləri mən də görmüşəm, bəziləri əsassızdı. Yeni loqonu bəyənə də bilərlər, bəyənməyə də. Bu, zövq məsələsidi. Bu sahədən anlayışı olan insan elə şərhlər yazmaz”.