Dünən futbolçunun meneceri İlkin Alıyev də "Football-plus.az" saytına məsələ ilə bağlı ətraflı məlumat vermişdi. Görəsən, Turanın məxsus olduğu "Səbail" futbolçunun problemi ilə maraqlanır? Bu yöndə hansısa addım atacaq? Sualımızı "dənizçilər"in mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlovaya ünvanladıq:
"Bilirsiz ki, Turan Manafov “Səbail”in oyunçusudu. Hazırda Yunanıstanda icarədədi. Təbii ki, klub olaraq futbolçumuzla maraqlanırıq. Problemlərdən xəbərdarıq. Əlbəttə, Turanla bağlı lazımi tədbirlər görüləcək. Amma problemin mahiyyəti haqda rəsmi məlumat hələ ki yoxdu".
GÜNAY VƏLİYEVA



