• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avrokubok qatarından kim kənarda qalacaq? - TƏHLİL

Yazarlar

26-03-2022, 19:0

Mövsümün sonuna 8 tur qalmış premyer-liqa klubları yığmanın yoxlama oyunlarına görə 2021/22 “futbol ili”ndə son “böyük tənəffüsə yollandı”.

Kimin üçünsə bu fasilə uğurlu, kimin üçünsə uğursuz olacaq. Bəs görəsən, təxminən iki həftə sürəcək “tənəffüs”dən sonra finiş xəttinin biraddımlığında şanslar necədi? Hansı komandalar mükafatçılar sırasında ola, kimlər üzümüzə gələn yay avrokuboklara bilet sifariş edə bilər? Bu yazıda qeyd etdiyimiz suala cavab tapmağa, şansları dəyərləndirməyə çalışacağıq.

Çempion bəllidi, mükafatçılar kim olacaq?

Ardıcıl çempionluqdan sonra ötən mövsüm liderliyi “Neftçi”yə təhvil verən “Qarabağ” cari “futbol ili”ndə fırtına kimi əsir. Mövsümlərarası fasilədə heyətini yetərincə gücləndirən ağdamlılar hazırda bir oyun az keçirməklə turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Ən yaxın izləyicisi “Neftçi”ni 9 xal qabaqlayan “köhlən atlar”ın qalan 8 qarşılaşmada büdrəyəcəyi, “ağ-qaralar”ın onlara çatmağına imkan verəcəyi inandırıcı görünmür. Son çempionun baş məşqçisi Samir Abasov belə mətbuata açıqlamalarında hazırkı vəziyyətdə Qurban Qurbanovun çalışdırıdığı komandaya “əlcək atmağın” qeyri-mümkün olduğunu bildirib. 20-ci turun “Zirə” – “Qarabağ” matçında qeydə alınan nəticə (0:3) də ağdamlıların bugünkü performansının göstəricisi idi. Hazırda 4-cü pillədə qərarlaşan “Qəbələ” isə “Qarabağ”a daha böyük hesabla (1:5) yenilib. Geridə qalan turlarda Qurbanovun yetirmələri rəqib qapılarından 41 top keçirdiyi halda, özləri cəmi 10 dəfə məyus olublar ki, bu da həm komandanın hücum xəttinin gücünü, həm də müdafiəsinin etibarlılığını göstərir. Əlahəzrət statistikanı da nəzərə alsaq, “Qarabağ”ın mayda 9-cu çempionluğunu bayram edəcəyini güman etmək olar.

O ki qaldı mövsümün sonunda 2-3-cü pillələrdə hansı komandaların qərarlaşacağına, böyük ehtimalla bu cəbhədə əsas mübarizə “Neftçi” ilə “Zirə” arasında gedəcək. 3-cü dövrənin sonuna bir tur qalmış son çempion “qartallar”ı 2 xal qabaqlamaqla ikinci yerdə qərarlaşıb. Ancaq Rəşad Sadıqovun komandasının son turlarda sərgilədiyi oyunu nəzərə alsaq, qəsəbə təmsilçisinin də “futbol ili”ni vitse-çempion kimi başa vurmaq şansının olduğunu vurğulaya bilərik. Böyük ölçüdə bu suala artıq 21-ci turda aydınlıq gələ bilər. Aprelin 3-də “ağ-qaralar” “qartallar”ı qəbul edəcək. Abasovun çalışdırdığı komanda “Bakcell Arena”dakı görüşdən qalib ayrılacağı təqdirdə xal fərqini 5-ə çatdıra, bununla da 4-cü dövrəyə bir qədər arxayın yollana bilər.

Avrokubok qatarının sərnişinləri

Üçüncü dövrənin son turu ərəfəsində bu yay avrokuboklara yollanacaq 4 klubdan üçünün adı, demək olar ki, məlumdu. Yuxarıda qeyd etdiyimiz kimi, “Qarabağ”ın Çempionlar Liqasında ölkəmizi təmsil edəcəyi heç kimdə şübhə doğurmur. Konfrans Liqasında çıxış etməli olan “üçlük”dən ikisinin - “Neftçi” və “Zirə” olacağı da aydındı. Düzdü, nəzəri cəhətdən son pillədə qərarlaşan “Səbail”in də hələ şansı qalıb. Ancaq yaşananlara real yanaşsaq, ölkənin ən köklü klubunun və Bakıətrafı qəsəbə təmsilçisinin belə şansı əldən verəcəyi inandırıcı görünmür. Qalır 4-cü təmsilçinin adına ki, bu vakansiyaya hazırda iki kollektiv namizəddi – “Qəbələ” və “Sabah”. Düzdü, bu gün üçün “qırmızı-qaralar” tunir cədvəlində 4-cü pillədə qərarlaşıb və “tələbələr”dən 7 xal öndədi. Ancaq qarşıda 8 oyun həftəsinin qaldığını və Murad Musayevin “transfer pəncərəsi”nin bağlanmasına baxmayaraq, demək olar, hər turdan sonra heyəti gücləndirdiyini nəzərə alsaq, Elmar Baxşıyevin komandasının bu mübarizədən heç də asanlıqla qalib ayrılacağını söyləmək olmaz. “Qəbələ” cari mövsümdə hər nə qədər baxımlı oyun sərgiləyib, azarkeşlərin və futbol camiəsinin rəğbətini qazansa da, maliyyə imkanlarının məhdudluğu səbəbindən ehtiyat oyunçular skamyasının qısalığı finişə doğru özünü istər-istəməz göstərir və göstərəcək. Elmar bəydən fərqli Murad Musayevin sərəncamında daha çox futbolçu var və rotasiya baxımından rusiyalı mütəxəssis daha geniş imkanlara malikdi. Bir sözlə, avrokuboklara yollanacaq 4-cü kollektiv “Qəbələ” və “Sabah”dan biri olacaq. Onu da qeyd edək ki, son dövrədə bölgə təmsilçisi “tələbələr”i öz meydanında qəbul edəcək.

Kubok görüşləri nə vəd edir?

4-cü dövrədə premyer-liqa matçları ilə yanaşı, futbolsevərləri ölkə kubokunda gərgin qarşılaşmalar gözləyir. “Qarabağ”ın çempionluq yarışmasından qalib ayrılacağı bəllidi. Yarımfinalda ağdamlıların rəqibi “Qəbələ”di ki, bölgə təmsilçisinə cari mövsümdəki performansına görə hər nə qədər tərif yağdırsaq da, etiraf etmək lazımdı ki, Baxşıyevin komandası bu gün üçün “köhlən atlar”a müqavimət göstərəcək səviyyədə deyil. Tərəflər arasında 2021/22 “futbol ili”ndə premyer-liqada baş tutan 3 görüşdən ikisindən ağdamlılar qalib ayrılıb, Qəbələdə keçirilən görüş isə heç-heçə başa çatıb. “Zirə” – “Neftçi” yarımfinalı barədə indidən proqnoz vermək düzgün olmaz. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların kubok oyunlarının da maraqlı idman mübarizəsi şəraitində keçəcəyini güman etmək mümkündü. Ötən mövsüm baş məşqçi kimi çempionluq sevinci yaşayan Samir Abasov bu dəfə “qızıl”dan əlini üzdüyündən “futbol ili”ni titulla başa vurmaq üçün yetirmələrindən kubok görüşlərinə xüsusi yanaşma tələb edəcək. Heç şübhəsiz, Rəşad Sadıqov da məşqçi kimi titul həsrətindədi. Ölkə kubokunda şansları dəyərləndirdikdə, yenə “Qəbələ”nin şansının daha az olduğunu görmək mümkündü. Bu da, heç şübhəsiz, “Sabah”ın işinə yarayır və klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular da yaxşı başa düşür ki, bütün bunların fonunda qitəmiqyaslı turnirlərə vəsiqə hələ əldən getməyib.

Bombardir olub Avropaya yollanmaq şansı

Ötən mövsümün bombardiri, 19 qolla çempionatın ən sərrast futbolçusu adını qazanan Namik Ələskərovun və ondan 1 top az vurmaqla ikinci pillədə qərarlaşan Mahir Emrelinin mövsümlərarası fasilədə daha yaxşı şərtlər altında ölkə xaricinə yollanması hücumameyilli futbolçular üçün əsl motivasiya mənbəyi oldu. Premyer-liqada çıxış edən forvardlar da anladılar ki, Azərbaycan çempionatını izləyən skautlar və klublar var. Burda fərqlənməklə səviyyəcə daha üstün birinciliklərə yollanmaq və sərfəli şərtlərlə müqavilə bağlamaq mümkündü. Davam edən mövsümdə bombardirlik yarışında ilk pillədə “Zirə”nin və Gürcüstan yığmasının üzvü Davit Volkov qərarlaşıb. “Qartallar”ın forvardı 10 qolla hələ ki hamıya yuxarıdan aşağı baxır. Onun ən yaxın izləyiciləri “Qarabağ”ın futbolçuları Abdulla Zubirlə Filip Ozobiçdi ki, hər birinin hesabında 8 qol var. “Sabah”ın üzvü Coy-Lens Mikels isə gürcüdən 3 top geri qalır. Davitin göstəricini heç də aşağı dəyərləndirmək olmaz. Qəsəbə təmsilçisinin “18 nömrə”si 20 görüşün hamısında forma geymək şansı qazanıb və orta məhsuldarlığı 0,5-ə bərabərdi. Təsadüfi deyil ki, artıq indidən Volkovun yayda Polşa klublarından birinə keçəcəyi haqda xəbərlər yayılıb. Düzdü, bu gedişlə Davitin Namikin ötənilki göstəricisini təkrarlayacağı və ya keçəcəyi inandırıcı görünmür. Ancaq qarşıdakı 8 görüşdə statistikanı, orta məhsuldarlığı yüksəltməsi mümkündü. Ozobiçlə Zubirin də fərqlənmək, Volkova çatmaq və ötmək ehtimalı yüksəkdi. “Qarabağ”ın son görüşlərdəki məhsuldarlığını nəzərə aldıqda hər iki futbolçu barədə bunu söyləyə bilərik.

RƏŞAD

Paylaş:
Digər xəbərlər
Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 229
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə