Mahir bu səbəbdən yığmaya qoşulmayacaq

19.03.2022 15:10 612
Aktual / Manşet
Mahir Emreli millinin düşərgəsinə qoşulmayacaq.

Redaksiyamıza daxil olan məlumata görə, hücumçu zədələnib. Zaqreb “Dinamo”sunun həkimlərinin müayinəsindən sonra ona bir müddət oynamamaq məsləhət görülüb. Bu səbəbdən də Emreli yığmanın toplanışına qatılmayacaq. Bu xəbəri dünən xorvat həmkarlarımız da təsdiqləyib. Sən demə, Mahir Xorvatiya çempionatının son turunda - “Hayduk”la oyunda zədələnib. Start heyətində meydana çıxan forvardın 56-cı dəqiqədə əvəzlənməsinin səbəbi də budu.

Məsələ ilə bağlı müraciət etdiyimiz AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla dəqiq cavab vermədi:

“Hələ ki millinin heyəti açıqlanmayıb. Ona görə də hansısa futbolçu ilə bağlı məlumatları klublardan ala bilərsiz”.


Qeyd edək ki, Canni de Byazinin komandası fasilə dönəmində Maltada iki yoxlama oyununda gücünü sınayacaq. Martın 25-də rəqib meydan sahibləri, 29-da isə Latviya olacaq.

GÜNAY VƏLİYEVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul