“L'Equipe” xəbər verir ki, PSJ Maurisio Poçettinonu baş məşqçi postundan qovarsa, 20 milyon avro ödəməli olacaq.
Paris klubu “Real”la dueldən sonra ÇL-də mübarizəni dayandırdığından belə xəbərlərin sayı artıb.
Çərşənbə axşamı bəlli olub ki, argentinalı mütəxəssisin və 5 köməkçisinin mövsümün gedişində qovulması kluba 20 milyon avroya başa gələcək. Onların müqaviləsinin müddəti 2023-cü ilə qədərdi.
Ayda 1,1 milyon avro qazanan Poçettino Fransa çempionatında ən ödənişli məşqçidi. Məşqçi korpusunun üzvləri isə ayda 20-80 min avro aralığında maaş alır. Hazırda Fransa çempionatında turnir cədvəlinə başçılıq edən PSJ ən yaxın izləyicisi “Marsel”dən 12 xal irəlidədi.