A seriyasında son mövsümün ən yaxşı məşqçisi seçildi

22.03.2022 23:30 626
Dünya futbolu
İtaliya çempionatında 2020/21 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

İtaliya Futbolçular Assosiasiyasının keçirdiyi sorğunun qalibi “İnter”in sabiq çalışdırıcısı, hazırda “Tottenhem”ə başçılıq edən Antonio Konte olub. İtalyan mütəxəssis öz “instaqram” hesabında mükafata layiq görüldüyünə görə xoşbəxt olduğunu bildirib və futbol ictimaiyyətinə təşəkkür edib. Xatırladaq ki, Konte ötən mövsüm “İnter”i A seriyasında çempionluğa daşımışdı.