Heyətdə uzun müddətdən sonra, zədədən yeni qayıdan "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov da yer alıb. Bu barədə futbolçunun özü ilə əlaqə saxladıq. Bədavi təəssüratını "Football-plus.az" saytı ilə bölüşdü:
"Çox sevinirəm ki, milliyə yenidən qayıtdım. Yığma üçün darıxmışdım. Uzun müddət idi kollektivlə birgə deyildim. Özümü yaxşı hiss edirəm. Qarşıda iki oyunumuz var. Millətlər liqasına hazırlıq çərçivəsində 2 yoxlama görüşümüz olacaq. Əlimizdən gələni edəcəyik ki, bu oyunlardan maksimum xeyrimizə yararlanaq. Azarkeşləri sevindirməyə çalışacağıq".
GÜNAY VƏLİYEVA



