Zədələnən Vüsal Bakıya qayıtdı - AÇIQLAMA

20.03.2022 13:00 522
Ölkə futbolu / Manşet / Günün xəbəri
Cümə günü keçirilən “Keşlə” – “Sumqayıt” matçını izləyənlər arasında “qırmızı-ağlar”ın sabir futbolçusu, hazırda karyerasını Türkiyə birinci dəstəsində mübarizə aparan “Keçiörəngücü”ndə davam etdirən Vüsal isgəndərli də var idi.

Məhz həmin günü komandası səfərdə “İstanbulspor”la qonaq olacaq vingerin İstanbulda yox, Bakıda olması bizi bir qədər təəccübləndirdi.

İsgəndərli “Football-plus.az” saytına açıqlamasında vətənə dönüşü barədə bunları söylədi:

“Ötən matçda zədələnmişəm. Zədəm o qədər ağır olmasa da, meydana çıxa bilməyəckdim. “İstanbulspor”la oyundan sonra çempionatda müəyyən fasilə yaranacaq. Bunu nəzərə alıb baş məşqçiyə qısa müddətə evə baş çəkmək istədiyimi bildirdim. O da etiraz etmədi. Bakıda olmuşkən “Keşlə”nin də oyunu izləmək istədim və “ASK Arena”ya gəldim”.


RƏŞAD