• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Keşlə”nin Şamaxıya köçə bilməməsinin ŞOK səbəbləri - YAZI

Aktual / Ölkə futbolu

17-03-2022, 15:0

Bir neçə gündü idman mediasının ən çox müzakirə etdiyi məsələ “Keşlə” niyə Şamaxıya köçüb, yeni adla çempionat oyununa çıxması” mövzusudu.

Fevraldan gündəmə gələn məsələ martda daha da aktuallaşmışdı. Demək olar, hamı - ölkə futbolu ilə maraqlanan azarkeşlər, futbol ictimaiyyətinin nümayəndələri, idman mətbuatı Zaur Axundovun rəhbəri olduğu “qırmızı-ağlar”ın martın 18-də “Sumqayıt”ı artıq yeni ünvanda, “Şamaxı” adı altında qonaq edəcəyini gözləyirdi.

Ancaq həftənin əvvəlində PFL premyer-liqanın 20-ci turunun təqvimini açıqlayarkən “Keşlə” – Sumqayıt” qarşılaşmasının əvvəlki kimi “ASK Arena”da keçiriləcəyinin anonsunu verincə, aləm bir-birinə dəydi. Ramin Musayevin rəhbərlik etdiyi quruma “niyə belə oldu” sualı yağış kimi yağmağa başladı. Çempionatın təşkilinə cavabdehlik daşıyan təşkilatın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev çıxılmaz vəziyyətə düşdüklərini nəzərə alıb təxminən “biz bu günə kimi heç yerdə deməmişik ki, “Keşlə” – “Sumqayıt” matçı Şamaxıda keçiriləcək” şəklində fikir səsləndirdi. Bu yerdə ona “PFL olaraq bu xəbərlər ortaya çıxanda təkzib də etməmişdiz” demək istərdik. Necə olur, “qırmızı-ağlar”ın futbolçuları, baş məşqçisi mətbuata Bakı ilə vidalaşdıqlarını söyləyirlər, PFL isə buna reaksiya vermir, nə Sənan Qurbanova, nə də “Keşlə”nin futbolçularına “sizə kim deyib ki, Şamaxıya gedirsiz” sualını ünvanlamır. Deməli, belə plan olub, “Sumqayıt”la qarşılaşmanın Şamaxıda keçirilməsi nəzərdə tutulub. Ancaq bu plan baş tutmayıb. Hər şey isə PFL-in təftiş qrupunun Şamaxı şəhər stadionuna baş çəkməsindən sonra başlayıb.

Kluba yaxın mənbələrdən bizə daxil olan məlumata görə, martın əvvəlində komandaya “kimyaçılar”la ev oyununun yeni məkanda keçiriləcəyi ilə bağlı xəbərdarlıq olunub və vaxtında yır-yığış etmələri tapşırılıb. “Keşlə”də artıq hamı çemodan əhval-ruhiyəsində Şamaxıya gedəcəkləri günü gözləyirmiş. Lakin Şamaxı şəhər stadionu təftiş olunandan sonra PFL-ə bəlli olub ki, arena premyer-liqa matçını keçirməyə hazır deyil. Arenada nəinki işıqlandırma sistemi, Əsasnamədə qeyd olunan tələblərin bir çoxu yoxdu. Lakin PFL rəhbərliyi bunu ictimaiyyətə açıqlamaq istəmir. Çünki AFFA rəhbərliyi təxminən bir ay öncədən artıq martda köçün reallaşacağını açıqlamışdı. Yəni PFL rəsmiləri assosiasiya rəhbərliyini yalançı çıxarmamaq üçün məsuliyyəti öz boynuna çəkməyi lazım bilib.

Yeri gəlmişkən, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovun qəzetimizə verdiyi “Keşlə”nin “Şamaxı” olması və yeni ünvana köçməsi UEFA-dan yox, PFL-dən asılıdı” açıqlaması da qeyri-səmimidi. Mənbəmiz onu da bildirdi ki, UEFA o zaman yeni yaranan klubu əvvəlkinin varisi kimi tanıyır ki, artıq tarixin yaddaşına köçənin heç bir qurum və fiziki şəxsin qarşısında maliyyə öhdəliyi olmasın. Ancaq “Keşlə” ilə bağlı hər şey fərqlidi. Futbolçuların iki ay maaş almamsına baxmayaraq, AFFA-nın bu sahəyə cavabdeh şəxsləri tələm-tələsik bütün futbolçulara klubun onlara borcu olmaması ilə bağlı sənəd imzalatdırıb. Bir sözlə, üst-üstə yığılan problemlər, stadionun çempionat oyununu qəbul etməyə hazır olmaması PFL-i çətin vəziyyətə salıb ki, bunu da yuxarıda qeyd etdiyimiz səbəbdən ictimaiyyətə açıqlaya bilmirlər.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

15-03-2022, 18:0

Şamaxı düyünü: “Keşlə” də, PFL də yaxasını kənara çəkdi – RƏSMİ AÇIQLAMALAR

Aktual / Manşet

18-03-2022, 16:0

“Biz də hər kəs kimi təxmin edirdik ki, martın 18-də "Keşlə" Şamaxıya gedəcək” - Rüstəm Əfsərli

Aktual / Ölkə futbolu / Günün xəbəri

15-03-2022, 14:0

PFL “Keşlə”nin Şamaxıya köçünü yubatdı - AÇIQLAMA

Aktual / Ölkə futbolu / Manşet

15-03-2022, 16:0

Zaur Axundov hardadı? - AÇIQLAMA

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 19:53
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 195
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə