Premyer-liqanın 19-cu turu çərçivəsində "Səbail" "Keşlə"ni qəbul etdi. Görüş qonaqların 3:0 qələbəsi ilə başa çatdı.
Bununla da Sənan Qurbanovun komandası uzunmüddətli qələbə həsrətinə son qoydu. Görəsən, qalibiyyət sonrası "Keşlə" cəhbəsində ab-hava necədi?
Bunu öyrənmək üçün klubun aparıcı oyunçularından Şəhriyar Əliyevlə danışdıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:
"Qarşılaçmaya yaxşı hazırlaşmışdıq. Bu həftə ərzində rəqibi ətraflı təhlil etmişdik. Hansı səhvləri etdiklərini öyrənib onlarla necə oynamalı olduğumuzu müəyyənləşdirmişdik. Şükürlər olsun ki, verilən tapşırıqları yerinə yetirə bildik və qələbə qazandıq. Həm də "Keşlə" adı altında son görüşümüz idi. Azarkeşlərimizi sevindirmək istəyirdik. Bu oyunu qazandığımız üçün çox şadam. İnanıram ki, bu qələbə növbəti oyunlarda bizə motivasiya verəcək".
SƏNƏM FƏRHADOVA