• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Polşalı idman direktoru Erkin İbrahimovdan yığma üzvləri haqda məlumat istəyib - ÖZƏL

Ölkə futbolu

13-03-2022, 10:0

Ölkənin tanınmış agentlərindən olan Erkin İbrahimov bugünlərdə Baltikyanı respublikalarda və Polşada olub.


Sosial şəbəkələrdəki paylaşımlara inansaq, onun səfəri hələ davam edir. Qeyd etdiyimiz ölkələrə yollanmasının səbəbini öyrənmək üçün özü iləəlaqə saxladıq. İbrahimovla danışanda məlum oldu ki, Latviya və Polşaya baş çəkdikdən sonra Litvaya səfər edib. Hazırda Vilnüsdə olan agent səfərlə bağlı bunları dedi:

“Bildiyiniz kimi, “Neftçi” yetirməsi Asim Əlizadəni “Dauqavpils”ə icarəyə verdi. Bu keçiddə mənim də müəyyən xidmətim oldu. Səfərimin əsas məqsədi bununla bağlı idi. Latviya və Litvada başqa klublar da var ki, onların rəhbərliyi ilə görüşlərim oldu. Ola bilər ki, yaxın vaxtlarda daha bir azərbaycanlı futbolçu bu ölkələrdən birinin təmsilçisinə transfer olunsun. Keçidin həyata keçməsi çox realdı. Onu da qeyd edim ki, adını çəkmək istəmədiyim futbolçu da çox gəncdi. Ümumiyyətlə, indiki zamanda texnika nə qədər çox inkişaf etsə də, üzbəüz görüşlərin yerini heç nə vermir. Klub rəhbərləri, məşqçilər ilə canlı görüş iş baxımından daha faydalı olur. Yeni tanışlıqlar yaranır, köhnəəlaqələri bərpa edirsən. Bir sözlə, iş görmək baxımından canlı görüşlərin yerini heç nə vermir. Baltikyanı ölkələrə səfərimi məhsuldar saymaq olar. Ən azı bir neçə gənc futbolçumuz barədə klub rəhbərlərinə, mütəxəssislərə məlumat verdim, onların adlarını təqdim etdim”.


Erkin bəy Polşaya səfəri haqda isə bunları söylədi:

“Baltikyanı respublikalara gəlmişkən, Polşaya da getməyə qərar verdim. Varşavanı təmsil edən “Legiya”da çalışan rəhbər şəxslərlə də çox isti münasibətim var. Onlarla görüşdüm, bəzi məsələlər ətrafında çox səmərəli fikir mübadiləsi oldu. Düzdü, “Legiya” hazırda yaxşı durumda deyil, buna baxmayaraq, Varşava təmsilçisi Polşanın ən köklü klublarından biridi və bu ölkədə futbol dəbini müəyyənləşdirməyi bacarır. Rəhbərliklə görüşdən sonra klubun sabiq idman direktoru, Azərbaycan futbolunu çox yaxından izləyən, “Qarabağ”ı bəlkə də Qurban Qurbanov qədər tanıyan Radoslav Buxarski ilə görüşümüz oldu. Məhz onun sayəsində “Legiya” tək Mahir Emrelini yox, ağdamlıların başqa futbolçularını da “rənglərinə bağlamaq” istəyirdi. Buxarski dekabrda “Legiya”dan ayrılsa da, bu klubda çox böyük nüfuza malik biridi. 20 ilə yaxın orda çalışıb. Birvaxtlar məşqçi olub, sonra skaut qrupuna rəhbərlik edib. Onun ekstraklasanın başqa bir təmsilçisində idman direktoru kimi çalışmaq variantı var. Azərbaycanlı futbolçuların Polşaya transferi haqda onunla çox söhbətimiz oldu. Millidə oynayan konkret adlarla maraqlandı, ətraflı məlumat topladı. Buxarski məni “Legiya”nın çempionat oyununa dəvət etdi, bir yerdə matçı izlədik. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, yüz dəfə “vatsap”la danışmaqdansa, üzbəüz görüşlər daha faydalıdı və inanıram ki, istər Baltikyanı ölkələrə, istərsə də Polşaya səfərimin nəticəsi yay “transfer pəncərəsi”ndə özünü göstərəcək. Sizinlə danışarkən Litvadayam. Bu ölkənin klublarının funksionerləri, üzdə olan futbol adamları ilə görüşlərimiz davam edir”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər
Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • 12-06-2026, 23:0
    Yenə B seriyasında işləyəcək
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 238
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 232
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 210
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə