AFFA VAR-la bağlı bəzi avadanlıqları gətirib

12.03.2022 14:18
Aktual / Manşet
Bu mövsüm Azərbaycan premyer-liqasına VAR-ın gəlişi, deyəsən, real görünmür.

Cari mövsümün ikinci yarısında bu sistemin tətbiq olunacağı gözlənilirdi. Amma AFFA fevralda çiplərin ölkəmizə gətrilməsində problem olduğunu açıqladı. Halbuki öncədən sistemin fevralın 20-nə qədər quraşdırılması nəzərdə tutulmuşdu. Artıq mart yarılansa da, VAR-dan səs-soraq yoxdu. Görəsən, bu dəfə ləngiməyə səbəb nədi? Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Firuz Abdullaya ünvanladıq:

"Əvvəlcədən planlaşdırılırdı ki, bu mövsüm üçün VAR sistemi premyer-liqada tətbiq olunsun. Hələ də bu sistem nəzərdə tutulub. Amma bizdən asılı olmayan səbəblərdən çiplərin və müəyyən avadanlıqların istehsalı, həmçinin pandemiya ilə bağlı ləngimələr oldu. Buna görə də proses gecikdi. Bu istiqamətdə işlər görülür. Müəyyən avadanlıqlar artıq əldə olunub. Müəyyən hissəsi də var kı, onların gəlişini gözləyirik".


GÜNAY VƏLİYEVA