“Red Bull”un pilotu Maks Ferstappen “Formula-1”in yeni mövsümü və “Mersedes” pilotu Lüis Hemiltonla rəqabət ilə bağlı gözləntilərini bölüşüb:
“Əbu-Dabidəki həmin yarışı tez-tez xatırlayıram? Həmin həftə o qədər qarışıq keçdi ki, heç də həmişə xoş hisslərlə xatırlamıram, bəzən gərginləşirəm. Titul bütün mövsüm ərzindəki nəticələrə görə qazanılır. Hesab edirəm ki, çempionluğa tam layiqəm. Bəlkə də kimsə yalnız son yarışa baxıb və bu üzdən bəxtimin gətirdiyini düşünür. Ancaq adi vəziyyətdə xeyli əvvəldən çempionluğu təmin etməliydim. İki dəfə çox xal itirdim: məni başqa maşın trassdan çıxaranda və Bakıda təkərim partlayanda. Məhz bu uğursuzluqlar üzündən hər şey son mərhələdə həll olundu. Son yarışın axarını nəzərə alsaq, Hemiltonun məyusluğunu anlayıram. Ancaq bir qədər əvvəl dediyim ki, mövsümə tam halında baxmaq lazımdı. Yalnız bir mərhələ sayəsində titul qazanmaq olmaz. Qışda Lüislə ünsiyyət saxlamışammı? Yox, bunun üçün səbəb yox idi. Biz nə əlaqə saxlamışıq, nə də görüşmüşük. Normaldı, hər ikimiz pilotuq, səbirsizliklə yeni savaşı gözləyirik”.
Məlum olduğu kimi, 2021 mövsümünün sonunda Ferstappen karyerasında ilk dəfə çempionluğu bayram edib.
Çempionluğun taleyi son mərhələnin sonuncu dövrəsində niderlanlının Hemiltonu arxada qoyması ilə həll olunub.