Sabiq klubu “Bunyodkor” Rivaldodan İdman Arbitraj Məhkəməsinə (İAM) şikayət edib.
Özbəkistan klubu Braziliya millisinin sabiq hücumçusundan müqavilə üzrə öhdəliyini yetirmədiyi üçün narazıdı. Rivaldo 2010-cu ildə Daşkənd təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozduğu üçün klub İAM-a müraciət edib. Beynəlxalq məhəmə məsələyə bu il iyunun 8-də baxacaq.
Xatırladaq ki, Rivaldo 2008-ci ildə “Bunyodkor”la 14 milyon avro dəyərində 2 illik müqavilə bağlayıb. 2010-cu ilin mayında hələ müddəti başa çatmayan sözləşməsinə birtərəfli şəkildə xitam verməsi ona problem yarada bilər. Məsələnin maraqlı tərəfi isə Özbəkistan klubunun ondan təxminən 12 il sonra şikayət etməsidi...
Rivaldo məhkəmədə cavab verəcək
Dünya futbolu

