UEFA-nın Nizam-İntizam Komitəsinin (NİK) üç futbolçu ilə bağlı qərarı qüvvədə qalıb.
Xatırladaq ki, NİK Vendell (Portu), Yannik Ferreyra Karrasko (Atletiko) və Kayl Uokerə (Mançester Siti) ağır cəza kəsmişdi: futbolçuların hər biri 3 oyunluğa diskvalifikasiya olunmuşdu. Onların NİK-in qərarından Apellyasiya Komitəsinə etdiyi şikayət geri çevrilib. Bu isə o deməkdi ki, səbəbkarlar avrokuboklarda komandalarının daha iki oyununu buraxacaqlar.