
Dünya futbolu
213
16.10.2021, 14:53
"Mançester Yunayted"in oyunçusunun cəzası yüngülləşdi
“Mançester Yunayted” UEFA-ya etdiyi şikayətinə müsbət cavab alıb.
Qitə futbol təşkilatının Apellyasiya Komitəsi (AK) İngiltərə klubunun oyunçusu Aaron Uan-Bissakaya verilən cəzanı yüngülləşdirib.
Xatırladaq ki, müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Yanq Boyz”la səfər matçında (1:2) meydandan qovulmuşdu. UEFA-nın Nizam-İntizam Komitəsi ona iki oyunluq cəza kəsmişdi. MY rəhbərliyi bu qərardan AK-ya şikayət etməklə cəzanın minimuma endirilməsinə nail olub. Bu isə o deməkdi ki, artıq “Vilyarreal”a qarşı matçı (2:1) buraxan Aaron 3-cü turun “Atalanta” ilə gələn həftə keçiriləcək oyununda iştirak edə biləcək.