Azərbaycan millisinin heyətinə ciddi itki üz verib.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda AFFA xəbər paylaşıb.
"Hakkarigücü"ndə çıxış edən Nərgiz Hacıyevanın Türkiyədə verdiyi COVID-19 testinin nəticəsi pozitiv olub. Bu səbəbdən futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.
Qeyd edək ki, yığmamız oktyabrın 21-də səfərdə Monteneqro, 26-da isə Bakıda Malta ilə qarşılaşacaq.