İslandiya - Azərbaycan oyununun hakimləri

3.09.2025 13:37 20
Ölkə futbolu
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Reykyavikdə keçiriləcək İslandiya -Azərbaycan matçının hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, görüş niderlandlı Sander van der Eykin başçılıq edəcəyi hakimlər briqadasına tapşırılıb.

Baş hakimə Rens Blümink və Stefan de Qroot kömək edəcək. Mark Naqteqaal 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Jerön Mansxot, VAR hakiminin köməkçisi isə Klay Ruperti əyləşəcək.

Xatırladaq ki, qarşılaşma sentyabrın 5-də Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.