Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, mundialın dördüncü günündə 4 təmsilçimiz mübarizə aparır.
81 kq
Zelim Tskaev – ilk mərhələdən azaddı. O, 1/16 finalda Viktor Sterpunu (Moldova) ipponla məğlubiyyətə uğradıb. 1/8 finalda Tskayevin rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzar Tatalaşvili olub. Zelim qələbə qazanaraq 1/4 finala yüksəlib. O, bu mərhələdə Casse Mattihasa (Belçika) qalib gələrək yarımfinala vəsiqə qazanıb.O, 1/2 finalda Abılayxan Jabanazarla (Qazaxıstan) üz-üzə gəlib və ipponla qalib gəlib.
O, finalda Gürcüstan idmançısı Tato Qriqaraşvili ilə qarşılaşacaq.
Medal uğrunda görüşlər bu gün saat 18.00-dan başlanacaq.
Ömər Rəcəbli – ilk mərhələdən azaddı. O, 1/16 finalda Sibqatullah Arabı (Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışır) ipponla məğlub edib. Ömər 1/8 finalda Morodjon Yuldaşevlə (Özbəkistan) üz-üzə gəlib və qalib gəlib. O, 1/4 finalda Mihaylo Siminlə (Serbiya) görüşüb və məğlub olub. O, təsəlliverici görüşdə iştirak edəcək.
Vüsal Qələndərzadə 1/32 finalda Xristo Valkova (Bolqarıstan) ipponla qalib gələrək 1/16 finala yüksəlib. O, bu mərhələdə isə Saad Dikayevə (Estoniya) qalib gəlib. Vüsalın 1/8 finalda rəqibi Abılayxan Jabanazar (Qazaxıstan) olub. Cüdoçumuz bu görüşdə uduzaraq mübarizəni başa vurub.
63 kq
Hanna Zaytseva – ilk mərhələdən azaddır. O, 1/16 finalda Anna Kriza (Macarıstan) ilə üz-üzə gəlib və uduzub.
Hazırda millimizin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.
Zelim Tskaev finalda! - DÇ
İdman






