Zelim gümüş, Ömər bürünc medal qazandı - DÇ

7.10.2026 19:56 18
İdman
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparıb.

Zelim Tskaev
İlk mərhələdən azad idi. O, 1/16 finalda Viktor Sterpunu (Moldova) ipponla məğlubiyyətə uğradıb. 1/8 finalda Tskayevin rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzar Tatalaşvili olub. Zelim qələbə qazanaraq 1/4 finala yüksəlib. O, bu mərhələdə Casse Mattihasa (Belçika) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, 1/2 finalda Abılayxan Jabanazarla (Qazaxıstan) üz-üzə gəlib və ipponla qalib gəlib.

Finalda Gürcüstan idmançısı, üçqat dünya və Avropa çempionu Tato Qriqaraşviliyə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

Ömər Rəcəbli
İlk mərhələdən azad idi. O, 1/16 finalda Sibqatullah Arabı (Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışır) ipponla məğlub edib. Ömər 1/8 finalda Morodjon Yuldaşevlə (Özbəkistan) üz-üzə gəlib və qalib gəlib. O, 1/4 finalda Mihaylo Siminlə (Serbiya) görüşüb və məğlub olub. O, təsəlliverici görüşdə Naçe Herkoviçə (Sloveniya) qalib gəlib və bürünc medal uğrunda mübarizəyə qoşulub. Ömər 3-cü yer uğrunda Abılayxan Jabanazara (Qazaxıstan) qalib gələrək bürünc medala sahib çıxıb.

Vüsal Qələndərzadə 1/32 finalda Xristo Valkova (Bolqarıstan) ipponla qalib gələrək 1/16 finala yüksəlib. O, bu mərhələdə isə Saad Dikayevə (Estoniya) qalib gəlib. Vüsalın 1/8 finalda rəqibi Abılayxan Jabanazar (Qazaxıstan) olub. Cüdoçumuz bu görüşdə uduzaraq mübarizəni başa vurub.

63 kq
Hanna Zaytseva
– ilk mərhələdən azaddır. O, 1/16 finalda Anna Kriza (Macarıstan) ilə üz-üzə gəlib və uduzub.

Hazırda millimizin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.