DÇ həyəcanı: Yaponiya – 6, Azərbaycan və Gürcüstan – 1 qızıl

7.10.2026 22:25 36
Aktual / İdman
...Sosial şəbəkədə fəal istifadəçilərdən biri belə yazmışdı: “Artıq Yaponiyanın himnini əzbərlədik”. Doğrudan da, bu yarızarafat yazılan cümlə ilə razılaşmamaq çətindi. Yarışın ilk 4 günü arxada qalıb, 8 çəki dərəcəsində qaliblər müəyyənləşib və yaponların 6 qızıl, 2 bürünc medalı var. Yapon cüdoçuların qazana bilmədiyi iki qızıldan biri Azərbaycanın, o biri Gürcüstanın hesabındadı. Ümumiyyətlə, indiyə qədər 15 ölkədən olan idmançılar medal hesabını açıb.
qızıl gümüş bürünc
1. Yaponiya 6 – 2
2. Azərbaycan 1 1 2
3. Gürcüstan 1 1 1
4. İspaniya – 2 1
5. İtaliya – 1 1
6. İsrail – 1 –
7. Qazaxıstan – 1 –
8. BƏƏ – 1 –
9. Fransa - - 2
10. Serbiya - - 2
11. Monqolustan - - 1
12. Rusiya - - 1
13. Moldova - - 1
14. Çexiya - - 1
15. Xorvatiya - - 1