Medal sıralamasında gerilədik - 3-cü MDB Oyunları

7.10.2025 10:00 7
Ölkə futbolu
Azərbaycan ölkəmizdə keçirilən 3-cü MDB Oyunlarının medal sıralamasında üçüncü pilləyə düşüb.

"Football-plus.az" xəbər verir ki, buna qədər 2-ci pillədə olan Azərbaycanın 29 qızıl, 48 gümüş və 89 bürünc medalı var.

Siyahıya Rusiya (116 qızıl, 58 gümüş, 38 bürünc medal) başçılıq edir. İkinci pillədə isə Belarus (32 qızıl, 31 gümüş, 51 bürünc) qərarlaşıb.

Qeyd edək ki, 3-cü MDB Oyunları oktyabrın 8-də başa çatacaq.