Azərbaycan “şirlər”i İsveçrə “şirlər”inə uduzdu

7.10.2026 21:30 90
İdman
FİBA Avropa Kubokunda mübarizə aparan basketbol klublarımız bu gün müntəzəm mövsümdə ilk oyununu keçirib. Paytaxt təmsilçisi İsveçrənin “Layons de Jenev” klubunu qəbul edib. Bizim “şirlər” qonaq adaşlarına böyük fərqlə uduzub.
LANDAU Layons – Layons de Jenev 83:105 (16:25, 20:24, 23:30, 24:26)
Eyni turnirdə mübarizə aparan “Gəncə” isə Türkiyədə “Əsənlər Erekspor”la qarşılaşıb. Təəssüf ki, gəncəlilər də acı məğlubiyyətə düçar olub.
Əsənlər Erekspor – Gəncə 92:63 (23:19, 22:11, 27:21, 20:12)