"Football-plus.az" xəbər verir ki, 26 yaşlı tennisçi böyük idman uğurlarına və Qazaxıstanda tennisin inkişafındakı, populyarlaşmasındakı roluna görə belə şərəfə layiq görülüb. Tokayev belə deyib:
“Sizin qələbələrinizdən sonra bizim uşaqlar tennisə maraq göstərir, tennis bölmələrinə üz tuturlar, onlar da çempion olmaq istəyirlər. Uşaqlar üçün müsbət örnəksiz və bu çox yaxşıdı”.
Rıbakına sentyabrda karyerasında ilk dəfə WTA reytinqində zirvəyə yüksəlib. Qazaxıstan təmsilçisi ABŞ Açıq Çempionatının finalında belaruslu Arina Sobolenko üzərindəki qələbədən sonra buna nail olub.
Rıbakina karyerası boyunca WTA səviyyəli 14 turnirdə fərdi yarışda 1-ci yeri tutub. O, 2026-cı ildə “Australian Open”in və “US Open”in qalibi olub. Yelena həmçinin 2022-ci ildə “Uimbldon”u da qazanıb.





