"Qəbələ" Albaniya millisinin üzvünü transfer etdi

3.10.2026 15:21 36
Ölkə futbolu
“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi albaniyalı Endri Çekiçi ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalayıb.

29 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Dinamo” (Zaqreb), “Olimpiya” (Lyublyana), “Ankaragücü”, “Konyaspor”, “Pendikspor”, “Adanaspor” kimi klublarda çıxış edib. O, son olaraq İraqın “Zakho” komandasının şərəfini qoruyub.

Çekiçi Albaniya millisində 11 oyunda meydana çıxıb və 1 qol vurub.