Afrika Millətlər Liqasında seçmə mərhələnin növbəti oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martinsin çıxış etdiyi Mozambik millisi Sudanı qəbul edib. Görüş Mozambik millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində yer alan Martins qarşılaşmanı əvəzlənmədən keçirib. 30 yaşlı futbolçu 24-cü dəqiqədə məhsuldar ötürmə edib, 58-ci dəqiqədə isə qol vurub.
"Zirə"nin futbolçusu Mozambiki sevindirdi - 1 qol, 1 məhsuldar ötürmə
Ölkə futbolu





