Terim Türkiyənin darmadağın olması haqda nə dedi?

29.09.2026 17:20 27
Dünya futbolu
Türkiyə yığması Millətlər Liqasında öz meydanında İtaliya önündə 1:4 hesabı ilə darmadağın olaraq fanatlarını məyus etdi.

Oyunu ATV kanalında xüsusi qonaq qismində şərh edən Fatih Terim final fitinin ardından diqqətçəkən ifadələr işlədərək bunları deyib:

''Oyunçuların fitə basılması düzgün deyil. Üzərində ay-ulduzlu forma olan heç bir futbolçu fitə basılmağa layiq deyil. İtaliyanın zədəli futbolçularının olmasını, Türkiyəyə 10 futbolçu gətirməmələrini qabartmaq düzgün deyil. İki komanda da meydana 11 futbolçu ilə çıxmışdı. Tez həvəsdən düşdüyümüz bir oyun oldu. 0:3-dən sonra geri dönmək asan deyil. Yaxşı oynamadıq və uduzduq. Amma qarşıda hələ 4 oyun var. Bu iki matçı tezliklə unudub həmin oyunlara köklənməliyik. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Başqa çıxış yolumuz yoxdu. Bu gün zəif oynamağımız o demək deyil ki, sabah da zəif təsir bağışlayacağıq. Çatışmazlıqları analiz etməli, daha doğru oynamağa çalışmalı və mübarizə aparmalıyıq. Məsələyə bu cür baxmaq lazımdı. Əminəm ki, bu gün ən çox üzülənlər elə futbolçular özləridi. Gənc oyunçularımızla təcrübəlilər qaynaşacaq. Türkiyə yığması səfərdə də hər kəsi yenə bilər. Zatən dəfələrlə də yenib. Sadəcə ümidsizliyə qapılmamalıyıq. Bu gün bizim üçün gözəl bir gün olmadı. Fərq daha da böyük ola bilərdi. Bu reallığı qəbul etməliyik. Amma 4:3, 4:4 də bitə bilərdi. Qalan matçlarda ən yüksək xalı toplaya bilmək üçün bu günü tezliklə unutmaq lazımdı. Bizim özümüzə qarşı etdiyimizi rəqiblər bizə etmir''.