Madriddən Liverpula yollana bilər

28.09.2026 20:23 90
Dünya futbolu
Orelyen Çuameni mövsümün gedişində və ya sonunda klubunu dəyişə bilər.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” heyətini gücləndirmək üçün “Real”ın yarımmüdafiəçisini transfer etməyə hazırlaşır.

“Football Insider”in məlumatına görə, Mersisayd klubu 2027-ci ildə 26 yaşlı futbolçunun transferi ilə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Lakin Çuameninin Madrid klubunda əsas oyunçulardan biri olması səbəbindən transferin reallaşmaq ehtimalı çətin görünür.

“Transfermarkt” fransalı futbolçunun hazırkı bazar dəyərini 70 milyon avro qiymətləndirir. Orelyen “Real”da keçirdiyi 199 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.