"Qəbələ" Bekiri üçün köməkçilər təyin etdi

28.09.2026 12:43 45
Ölkə futbolu
“Qəbələ”nin məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Yeton Bekiriyə köməkçi məşqçi Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.

Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.