Xəbər verdiyimiz kimi, ölkəmizin U-21 yığması bu gün “doğma divalar” arasında Çexiya ilə heç-heçə edib – 1:1.
Qrupun Bolqarıstanda keçirilən digər oyununda daha böyük sensasiya qeydə alınıb. Belə ki, meydan sahibləri indiyə qədər keçirdiyi 7 oyunun yalnız birində heç-heçə edən, qapısında qol görməyən Portuqaliyanı evə əliboş yola salıb – 2:1.
Qrupda hazırda belə vəziyyət yaranıb:
1. Portuqaliya 8 6 1 1 29-2 19
2. Çexiya 8 4 3 1 16-4 15
3. Bolqarıstan 8 4 2 2 9-7 14
4. Şotlandiya 8 3 2 3 18-10 11
5. Azərbaycan 8 1 4 3 6-19 7
6. Cəbəllütariq 8 0 0 8 1-37 0
Qrupda qalan oyunların təqvimi: 30 sentyabr – Çexiya – Bolqarıstan, Şotlandiya – Azərbaycan, Portuqaliya – Cəbəllütariq. 6 oktyabr – Azəbaycan – Cəbəllütariq, Portuqaliya – Çexiya, Bolqarıstan – Şotlandiya.
Azərbaycanın qrupunda sensasiya: Bolqarıstan Portuqaliyanı uddu!
Ölkə futbolu






