Təmsilçilərimiz Çempionlar Liqasında üz-üzə

7.09.2024 11:13 139
Ölkə futbolu
Minifutbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cütləri bəllidi.

"Football-plus.az" xəbər verir ki, 1/8 finalda Azərbaycan dueli baş tutacaq.

Turnirdə ölkəmizi təmsil edən "Birbaşa Bakı" və "AzNur" üz-üzə gələcək. Oyun bu gün keçiriləcək. Cütün qalibi 1/4 finalda "Meksikani Ber Şava" (İsrail) - "Belfut İaşi" (Rumıniya) duetinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki təmsilçimiz qrup mərhələsini məğlubiyyətsiz başa vurub. "Birbaşa Bakı" 5 xalla E qrupunu 2-ci, "AzNur" isə eyni xalla C qrupunu 3-cü pillədə tamamlayıb.