U-15 millimiz üçün seleksiya oyunları keçiriləcək

24.09.2026 16:13 27
Ölkə futbolu
U-15 milli komandamıza (2012-ci il təvəllüdlü futbolçular) namizədlərin müəyyənləşdirilməsi məqsədilə növbəti seleksiya oyunları keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 25-də Bayıl Məşq Mərkəzində təşkil olunacaq toplanışda ümumilikdə 37 futbolçu iştirak edəcək və üç seleksiya qarşılaşması baş tutacaq.

Yığmamızın növbəti təlim-məşq toplanışı 27 sentyabr - 1 oktyabr tarixlərinə planlaşdırılıb. Seleksiya oyunlarında özünü göstərən futbolçular komandanın bu təlim-məşq toplanışına dəvət alacaqlar.