Kişi boksçulardan ibarət millimiz Avropa çempionatında medal sayında yeni rekord vurub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.
Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə təmsilçilərimiz 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddu.
Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə əldə edib. Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medalı rəsmiləşdirib.
Çempionata sabah yekun vurulacaq.
Millimiz Avropa çempionatında rekord vurdu
İdman





