"Sabah" ÇL oyunları üçün 100 mindən çox bilet satdı

24.09.2026 11:54 36
Ölkə futbolu
"Sabah”ın UÇempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikdə 104620 bilet satılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Bilet satışının ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələdiyi bildrilib.

Hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib.

Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər.

Bilet satışından əldə olunan gəlirin 25 faizinin “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcəyi də bildirilib.

“Sabah”ın ev oyunlarının təqvimi
2-ci tur, 13 oktyabr

20.45. "Sabah" - "Slaviya" (Çexiya)

3-cü tur, 20 oktyabr
20.45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr
21.45. "Sabah" - "Barselona" (İspaniya)

7-ci tur, 20 yanvar
21.45. "Sabah" - "Napoli" (İtaliya)