"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

24.09.2026 11:23 153
Ölkə futbolu
“Qəbələ” milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə iki yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda sentyabrın 27-si “Karvan Yevlax”la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq.

Hər iki matçın Qəbələ şəhər stadionunda keçiriləcəyi bildirilib.