Maraqlıdı, “Kür-Araz” həkim çatışmazlığını niyə aradan qaldıra bilmir? Həqiqətənmi aşağı liqa komandası belə sadə məsələ üzündən çıxılmaz vəziyyətə düşüb?
Bu sualları klubun prezidenti Mirheydər Səfiyevə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Eh, onsuz da maliyyə durumu yaxşı deyil. Bu cərimələr də bir tərəfdən... Bizim həkimimiz var. Sadəcə, hazırda kurs keçmək üçün Türkiyəyə yollanıb. Ötən mövsüm həkimin olmaması ilə bağlı cərimə yox idi. Məcəlləyə yeni maddə əlavə edilib. Bundan xəbərdar deyilik. Hazırda başqa həkimlə anlaşmağa çalışırıq. Ümid edirik ki, növbəti oyunda komandamızın həkimi olacaq”.
KƏNAN BAHADIR






