“Koventri”nin azarkeşləri sevinc içindədirlər. Onların sevimli komandası premyer-liqada uğursuz seriyaya son qoyub.
"Football-plus.az" xəbər verir ki, “Koventri” şənbə günü səfərdə “Nottingem Forest”i məğlub edib. Cey Dasilvanin 55-ci dəqiqədə vurduğu yeganə qol qonaqlara qələbə gətirib. Frenk Lempardın komandası cari mövsümün ilk 4 oyununda uduzmuş və qol vura bilməmişdi.
Başqa sözlə, “ağ-mavilər”in premyer-liqadakı 25 illik qələbə həsrəti sona çatıb! “Koventri” İngiltərə çempionatının yüksək liqasında sonuncu qələbəsini 2001-ci ilin aprelində “Sanderlend” üzərində qazanmış, onda da yeganə qol komandaya uğur gətirmişdi.
25 illik qələbə həsrəti sona çatdı!
Dünya futbolu






