MMA üzrə dünya çempionatında 8 medal

24.06.2025 05:57 7
İdman
Braziliyanın San-Paulo şəhərində keçirilən MMA üzrə dünya çempionatı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan idmançıları yarışda 8 medal qazanıblar.

U-18 yaş qrupunda Adil Abuzərov (61,2 kq) qızıl, Məhəmməd Niftullayev (65,8 kq) isə gümüş mükafata yiyələniblər.

U-21 kateqoriyasında Elvin Qurbanov (56,7 kq), Əli Şərifov (74,9 kq) və Miramin Mirheydərzadə (70,3 kq) gümüş medala layiq görülüblər.

Böyüklər arasında Sərdar Sərdarlı (65,8 kq) və Nihad Quliyev (74,9 kq) qızıl, Tofiq Niftəliyev isə (120,2 kq) bürünc medala sahib olublar.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul