Tanınmış türkiyəli qapıçı yığma karyerasını bitirdi
Dünya futbolu
Türkiyə yığmasının və ''Fənərbaxça''nın təcrübəli qapıçısı Mərt Günok beynəlxalq karyerasını bitirmək qərarına gəlib. 37 yaşlı əlcək sahibi sosial şəbəkədəki geniş paylaşımı ilə yığma karyerasını bitirdiyini açıqlayıb. O, paylaşımda yığma komandanın heyətində yaşadığı önəmli anlar və dönüm nöqtələri haqda danışıb. Mərt yığmada 2012-ci ilin mayın 24-də debüt etdiyini xatırladıb və AÇ-2024-də yaşadığı anın onun üçün unudulmazlar arasında olduğunu bildirib. Günokun həmin turnirin 1/8 finalında Avstriya ilə oyunun son saniyələrindəki seyvi sosial şəbəkələrin bəzəyinə çevrilmişdi. Hətta o seyvdən ilhamlanan Türkiyənin məşhur iş adamlarından biri, ''Fənərbaxça''nın sabiq prezidenti Əli Koçun atası Rəhmi Koç Mərtə məktub yazmış və onun bir ölkənin taleyini dəyişdiyini söyləmişdi. ''Fənərbaxça''nın yetirməsi olan və peşəkar karyerasına bu klubda start verən Mərt Günok ''Bursaspor'', ''İstanbul BŞ'' və ''Beşiktaş''da da top qovub. O, bu ilin yanvarında 11 illik fasilədən sonra ''Fənər''ə döndü və 2028-də karyerasını da elə burda tamamlayacağı gözlənilir. Türkiyə yığmasının şərəfini isə Mərt 37 qarşılaşmada qorumağa müvəffəq olub. Bu oyunlarda ümumilikdə 37 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb.






