Dünya çempionu Avropaya qayıdır?

4.01.2026 17:54 9
Dünya futbolu
İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos yenidən Avropada çıxış etməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, 39 yaşlı futbolçunun xidmətində “Nitsa” maraqlıdı. Tərəflər arasında danışıqlar davam edir. “Nitsa” mərkəz müdafiəçisi mövqeyini gücləndirmək üçün Ramosu ciddi namizəd kimi dəyərləndirir. Futbolçunun özü də Avropa futboluna qayıtmaq niyyətindədi.

Serxionun sonuncu klubu “Monterrey” olub. O, bu ilin dekabr ayının əvvəlində bu klubdan ayrılıb. Dünya çempionu karyerası ərzində “Real”, “Sevilya” və PSJ-nin də formasını geyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul