“Neftçi” ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub təcrübəli futbolçuya ağ-qara formada göstərdiyi yüksək peşəkarlıq və əzmkarlığa görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
"Neftçi" Elvin Camalovla vidalaşdı
Ölkə futbolu






